USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın Baş naziri Gürcüstanın müdafiə naziri ilə görüşüb

Martın 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli görüşlərin intensivləşdirilməsini zəruri sayan Baş nazir Artur Rasi-zadə qarşılıqlı faydalı əsaslarda həyata keçirilən qlobal layihələrin əhəmiyyətini qeyd edib. O, nəzərdə tutulan sazişlərin uğurla gerçəkləşdirildiyini, istər neft-qaz layihələrinin, istər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və digər müştərək fəaliyyətin xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğulayıb. Baş nazir Artur Rasi-zadə iqtisadi-ticarət və mədəniyyət istiqamətləri ilə yanaşı, müdafiə sahəsində əməkdaşlığın da yüksəldilməsinin günün tələbi olduğunu nəzərə çatdırıb. O, müdafiə və müdafiə sənayesi, hərbi təhsil və təcrübə mübadiləsi sahələrində mövcud imkanlardan səmərəli istifadənin zəruriliyinə diqqəti yönəldib.

Dost, qardaş Azərbaycanın Gürcüstana hər zaman dəstək verdiyini məmnunluqla ifadə edən müdafiə naziri Levan İzoria tarixi əlaqələrimizi və müasir strateji əməkdaşlıq amilini nəzərə almaqla ikitərəfli münasibətlərimizin bütün spektr üzrə daha da dərinləşdirilməsinin həqiqətən hər iki tərəf üçün faydalı olması fikrinə həmrəyliyini bildirib.

Regional problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi zamanı hər iki tərəf bölgədə sabitliyin saxlanması və iqtisadi inkişafın təmin edilməsi naminə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!