USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərini müşahidə missiyası fəaliyyətə başlayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidə missiyası fəaliyyətə başlayıb.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, bununla əlaqədar ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri Koryen Yonker martın 9-da Bakıda mətbuat konfransı keçirib. O bildirib ki, Azərbaycana səsvermə prosesini izləmək üçün 280 qısamüddətli, 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib. Müşahidə missiyasının tərkibində 11 beynəlxalq ekspert var. Uzunmüddətli missiya gələn həftə, qısamüddətli missiya isə səsvermə günündən bir qədər əvvəl Azərbaycana gələcək.

Koryen Yonker deyib: “Bizim Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlığımız var. Ümid edirik ki, bu əməkdaşlıq davam edəcək. ATƏT DTİHB-nin ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatına əsasən seçkilərin qanunvericiliyə uyğun keçirilməsinə diqqət yetirəcəyik. Müşahidələrin yekununda aralıq hesabat hazırlayacağıq, səkkiz həftə sonra yekun qiymətləndirməni verəcəyik. Bizim vəzifəmiz müşahidə aparmaq və qiymətləndirməkdir, biz seçki prosesinə müdaxilə etmirik”.

Xanım Koryen Yonker qeyd edib ki, missiyanın müşahidəsi ölkənin bütün regionlarını əhatə edəcək. Missiya Bakıda 11 ekspertdən, regionlarda isə 20 uzunmüddətli müşahidəçidən ibarətdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!