USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Donald Tramp “Rusiya işi” üzrə ifadə verməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp təhqiqatın tez bir zamanda başa çatdırılması şərti ilə “Rusiya işi” üzrə xüsusi prokuror Robert Müllerin suallarına cavab verməyə hazırdır.

ASAN Radionun məlumatına görə, AZƏRTAC “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, əgər xüsusi prokuror, heç olmasa təhqiqatın bilavasitə prezidentlə bağlı olan hissəsinin dəqiq bitmə tarixini müəyyənləşdirsə, Donald Tramp sualları cavablandırmağa razılıq verəcək. Trampın hüquqşünasları bir neçə variantı nəzərdən keçirir. Onlardan biri söhbətdən 60 gün sonra Müller üçün son tarix müəyyən edilməsi ilə bağlıdır.

Vəkillər, həmçinin sualların mövzularını da məhdudlaşdırmaq istəyir. Trampın komandası xüsusi prokurorun prezidentə Ceyms Kominin Federal Təhqiqatlar Bürosunun direktoru postundan kənarlaşdırılması və milli təhlükəsizlik üzrə sabiq köməkçi Maykl Flinnin istefası ilə bağlı suallar verəcəyini düşünür.

Qeyd edək ki, müstəqil xüsusi prokuror Robert Müller “Trampın Rusiya ilə əlaqələri” barədə işi təhqiq edir. Bu ittihamlar həm Kreml, həm də Ağ ev tərəfindən təkzib olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!