22/07/2018 14:25

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9828 0.0267 0.3529


Dövlət qurumları

I Donor Əlaqələndirmə görüşü olacaq


12.03.2018   17:20


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə 16 mart 2018-ci il tarixində Four Seasons Otelində 1-ci Donor Əlaqələndirmə Görüşü keçiriləcəkdir. Görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edəcəklər.

Agentlikdən ASAN Radioya xəbər verilib ki, tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasındaəməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə Agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır. Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti, eyni zamanda qısa və orta müddətli hədəfləri üzrə təqdimatlar keçiriləcək.

Tədbirin sonunda sual-cavab sessiyası təşkil olunacaq, beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunacaq. 

 
















ASAN Radio telefonunuzda
Facebook