22/05/2018 23:47

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0016 0.0276 0.3709


Rəsmi

38 şəhər və rayonda 300 subartezian quyusunun qazılması üçün 21 milyon manat ayrılıb


12.03.2018   19:15


Prezident İlham Əliyev martın 12-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

ASAN Radio xəbər verir ki, əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 21 milyon manatı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.




Xəbər lenti

22 May













ASAN Radio telefonunuzda
Facebook