USD - 1.7 EUR - 1.9335 RUB - 0.0255 TRY - 0.3185 DAHA ÇOX
SON DƏQİQƏ
Nazir: Azərbaycanın kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi xərcləri 20-30 faiz azaltmağa imkan verəcək Azərbaycan Prezidenti Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib  Bakıda aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forum keçirilir “ASAN xidmət”dən yeni il üçün fərqli aksiya 
Nazirlik sahibkarlara martın sonunadək vaxt verdi

Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, şəffaflığın təmin edilməsi, idarəetmə prinsiplərinin yenidən təşkili və gələcək iş fəaliyyətinin əsas istiqamətlərinin vergi orqanları əməkdaşlarına və sahibkarlara çatdırılması məqsədilə mart ayının 5-dən 9-dək vergi xidməti əməkdaşları və iş adamları ilə görüşlər keçirilib.

Vergilər Nazirliyindən ASAN Radioya verilən xəbərə görə, Bakı şəhərində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal və Kiçik Sahibkarlıqla İş Departamenti, eləcə də ərazi vergi orqanlarının yerləşdikləri və əhatə dairəsində olan 12 şəhərdə - Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Lənkəran, Şəmkir, Quba, Göyçay, Qəbələ, Zaqatala, Şamaxı və İmişlidə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 4000-ə yaxın vergi ödəyicisi iştirak edib.

Görüşlərdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, vergi sistemində də son dövrlərdə geniş islahatlar aparılır. Hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də ictimaiyyətin nümayəndələrinin fikir və təklifləri öyrənilir. Bu prosesdə sahibkarlar təşəbbüskar olmalı, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər.

Görüşlərdə vergi ödəyicilərinə ünvanlanmış müasir vergi siyasətinə uyğun tələb və gözləntilər, vergilərin könüllü ödənilmə səviyyəsinin yüksəldilməsi, vergi uçotunun təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında münasibətlərin qarşılıqlı hörmət və etimad əsasında qurulmasının vacibliyi, vergi auditinin gəlir və xərc sənədlərinə əsasən aparılması, vergi qanunvericiliyi, vergi inzibatçılığı və digər məsələlər barədə vergi ödəyiciləri ilə işgüzar şəraitdə müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio