USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ASAN İnkişaf Modeli proqramına start verilir!

“ASAN Könüllüləri” Təşkilatı regionlarda təhsil alan orta məktəb şagirdləri üçün xüsusi hazırlanmış “AİM” – ASAN İnkişaf Modeli proqramına start verir!

ASAN Radio xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatı və “AccessBank”ın təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə həyata  keçiriləcək sosial proqramın əsas məqsədi  Respublikanın müxtəlif regionlarında təhsil alan orta məktəb şagirdlərinin tənqidi və tətbiqi düşünmək bacarıqlarını, o cümlədən yaradıcı və məntiqi təfəkkürünü inkişaf etdirməkdir.  

Proqram ölkəmizin müxtəlif bölgələrində 9-11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar şəklində təşkil olunacaqdır. Görüşlərdə müasir təhsilin predmetləri, dünyadakı cari tələb olunan ixtisasların prioritet olma səbəbləri, dövrümüzdə aktual olan lazımi mütəxəssis keyfiyyətləri, gələcək həyat seçimləri ilə bağlı psixoloji hazırlıq kimi fərqli mövzular bu sahələrin mütəxəssisləri tərəfindən əhatə olunacaqdır. Həmçinin “AİM” layihəsi hal-hazırda dünyada tətbiq edilməkdə olan dövrün ən müasir və innovativ texnoloji yeniliklərini, sosial şəbəkələrdən faydalı istifadə prinsiplərini gənclərə çatdıracaq, bu istiqamətdə məktəblərdə şagirdlərin inkişafına, dünya trendlərinə düzgün qoşulmaları yönündə dəstək  verəcəkdir.  

Sosial layihə çərçivəsində ilk səfərlər Şirvan və Sabirabad şəhərlərinə baş tutacaq. Burada ilkin olaraq 500-ə qədər gəncin görüşlərdə iştirakı nəzərdə tutulub. Daha sonra proqram ölkənin fərqli regionlarında fəaliyyətini davam etdirəcəkdir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!