Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən "Lisenziyalar və icazələr" portalı martın 1-dən test rejimində istifadəyə verilib.
ASAN Radio xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov martın 14-də portalın istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə məlumat verib.
Nazir müavini qeyd edib ki, www.lisenziya.gov.az ünvanına müraciət etməklə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların elektron qaydada verilməsi üçün portal vasitəsilə müraciətlərin qəbulu, aidiyyəti qurumdan rəyin alınması, nəticələrin rəsmiləşdirilməsi mümkündür. Portalın elektron xidmət platforması kimi istifadəyə verilməsi lisenziya və icazələrin alınması üçün sahibkarlara daha rahat imkanların yaradılmasını təmin edəcək. Portalın iştirakçıları olan dövlət qurumları və sahibkarlar portaldan istifadə etmək üçün elektron imzaya malik olmalıdır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!