USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vətəndaşların xəstəxanalara qəbulu qaydaları sərtləşdirilib

Səhiyyə Nazirliyi tərəfindən verilən tapşırığa əsasən, aprel ayından Azərbaycanda vətəndaşların xəstəxanalara qəbulu yeni qaydada həyata keçirilir. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev deyib ki, son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, ən müasir  avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, burada hətta kompyuter tomoqrafiya, MRT müayinələrin aparılması əsas verdi ki, bu qaydaları bir qədər də ciddi şəkildə yerinə yetirək. Bunun nəticəsində bütün respublikada əhalinin şəhərə axın etməsinin qarşısı alınacaq. Əhali rayonlarda ən yüksək səviyyədə müalicə və müayinə oluna bilər. Təbii ki, elə müayinələr var ki, ona görə mərkəzə gəlmək lazımdır. Məsələn ürəyin anjioqrafiya müayinəsi və digər müayinələr məhz mərkəzi xəstəxanalarda aparılır. Lakin bütün digər hallarda xəstələr rayonlarda müayinə edilərək ilkin diaqnoz qoyulduqdan sonra mərkəzi xəstəxanalara müalicə üçün göndəriş əsasında gələ bilərlər.

Y.Əliyev vurğulayıb ki, Bakıda bütün xəstəxanalar təmir edilib, avadanlıqlarla təchiz olunub, burada yüksək səviyyəli mütəxəssislər çalışır. Onun sözlərinə görə, Bakıda belə xəstələrin ilkin müayinəsi və müalicəsi ərazi prinsipi üzrə poliklinikalarda aparılmalıdır: “Əgər hər hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, göndəriş əsasında ərazi üzrə xəstəxanaya yerləşdirilir. Bu gün bu göstəriş tam yerinə yetirilir. Hər xəstəxana özünə aid xəstələri qəbul edir ki, xəstələr saatlarla mütəxəssislərin qapısının ağzında gözləməsin. Ötən ay bu məsələ ilə bağlı nazirlik tərəfindən göstəriş verilib. Hər bir xəstəxanaya tapşırılıb ki, xəstə qəbulu qaydalarında güzəştlər olunmasın və hər bir xəstənin müayinə və müalicəsi qeydiyyatı üzrə aparılsın. Ötən aydan bu iş bir qədər də ciddiləşib”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!