Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Ankara şəhərindəki səfirliyimizdə səsvermənin gedişinin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması uçun jurnalistlərə hər cür şərait yaradılacaq.
Səfirlikdə fəaliyyət göstərən məntəqə seçki komissiyasından bildirilib ki, səsvermənin gedişini işıqlandırmaq istəyən KİV-lərin müraciətlərinə baxılır.
Xatırladaq ki, Ankaradakı səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 30 saylı məntəqə seçki komissiyası fəaliyyət göstərir. Burada Türkiyənin Ankara, Adana, Mersin, Kayseri və səfirliyin konsulluq şöbəsinin fəaliyyət dairəsində olan başqa bölgələrində yaşayan, işləyən və konsulluq qeydiyyatında olan digər vətəndaşlarımız səs vermək hüququna malikdirlər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!