20/10/2018 23:53

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Dövlət xidmətləri

“ASAN xidmət” BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında qabaqcıl təcrübə hesab olunur


04.04.2018   18:15


2018-ci il mart ayında İslam İnkişaf Bankı (İİB) üzv ölkələrin ən qabaqcıl təcrübələrini əks etdirən məqalələrdən ibarət “Reverse Linkage” (Qarşılıqlı əlaqə) dərcinin ilk nömrəsini nəşr etdirib. Buraxılışda “Dövlət xidmətlərinin göstərilməsində innovasiyalar - Azərbaycandan baxış” adlı məqalə “ASAN xidmət” təcrübəsinə həsr edilib.

Məqalədə son illərdə Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində, o cümlədən dövlət xidmətlərinin göstərilməsində aparılmış uğurlu islahatlardan söhbət açılıb. Qeyd olunub ki, bu islahatların ən böyük hissəsi 2012-ci ildə “ASAN xidmət”in yaradılmasının payına düşür. 

Məqalədə əks olunub ki,  “ASAN xidmət”in yaradılması məqsədi dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi, dövlət qulluqçularının peşə bacarıqlarının inkişaf etdirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. 

Daha sonra “ASAN xidmət”in beynəlxalq mühitdə əldə etdiyi uğurları, 2015-ci ildə “ASAN xidmət”in BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək mükafata - 1-ci yerə layiq görülməsi xüsusi qeyd edilib. BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri gündəliyinə uyğun olaraq, Dövlət Agentliyinin “ASAN xidmət” üzrə təcrübə və nou-hauları tərəfdaş ölkələrə ötürmək üçün bir çox beynəlxalq əməkdaşlığa imza atıb. 

Əməkdaşlığın nəticəsi olaraq Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsində eyniadlı qurum “ASAN khedmat”in təsis edilməsi vurğulanıb. 

Məqalədə Dövlət Agentliyinin İndoneziya, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaması xüsusi qeyd olunub. 

Həmçinin, Dövlət Agentliyi Cənub-Cənub əməkdaşlığı platforması ilə yanaşı bir çox ölkələrlə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığını davam etdirməkdədir.  

Dövlət Agentliyi İtaliya, Fransa, Koreya, Portuqaliya, Monteneqro və digər ölkələr ilə ikitərəfli əməkdaşlıqdan savayı, BMT-nin bir sıra qurumları ilə səmərəli əməkdaşlıq edir. Əməkdaşlığın nəticəsi olaraq 22 mart 2018-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının  37-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə qəbul edilib. Qətnamənin məqsədi ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən biri hesab edilən “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.

Qeyd edək ki, “Reverse Linkage” (Qarşılıqlı əlaqə) İİB tərəfindən üzv ölklərin inkişafını artırmaq üçün, eləcə də ölkələr arası həmrəyliyi genişləndirmək və etibarlı tərəfdaşlıq formalaşdırmaq məqsədilə Cənub-Cənub əməkdaşlığı platforması üzrə  irəli sürülən  təşəbbüsdür.  Bu təşəbbüsün əsas hədəfi üzv ölkələrin potensialını digər üzv ölkələrin potensialına uyğunlaşdırmaq, hər hansı bir üzv ölkənin qabaqcıl təcrübəsini digər ölkəyə ötürməkdir. 

Məqaləyə keçid: (səhifə 117-120)

http://digital.tudor-rose.co.uk/reverse-linkage/#117 




Xəbər lenti

20 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook