USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ödənişli təhsil üzrə qəbulla bağlı bəzi dəyişikliklər edilib

Azərbaycanda 2016-cı ildə ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbulla bağlı bəzi dəyişikliklər edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev deyib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən, Nazirlər Kabineti 2015-2016-ci illərdə mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını və təsdiq üçün təqdim olunmasını təmin etməlidir. Yeni qəbul və yerləşdirmə mexanizmi hər bir ali təhsil müəssisəsinə onun potensial imkanları (tədris bazası, professor-müəllim heyəti və s.) çərçivəsində mütəxəssis hazırlığı aparmasına dəstək verməlidir. Bundan əlavə, yalnız minimal müsabiqə şərtlərini ödəyən abituriyentlər müsabiqə yolu ilə ali təhsil müəssisəsinin potensial imkanları çərçivəsində müəyyənləşdirilən say nəzərə alınmaqla qəbul olunmalıdır ki, yeni mexanizm təhsilin və mütəxəssis hazırlığının keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarmasın.

TQDK rəsmisi qeyd edib ki, ödənişli yerlərə qəbul üçün müsabiqə vəziyyəti olduğu kimi qalacaq. “Məsələn, ali məktəblərin ödənişli ixtisaslara 100 nəfəri qəbul etmək imkanı olsa da, yalnız 200 bal müsabiqə vəziyyətini toplayanlar ora qəbul oluna biləcək. 200 baldan yuxarı nəticə göstərən 70 nəfər olubsa, 100 yerə yalnız həmin abituriyentlər qəbul olunacaq, qalan yerlər isə boş qalacaq”. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!