USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ÜST-nin 70-ci ildönümü – hər yerdə və hər kəsə daha yaxşı səhiyyə üçün çalışırıq

7 aprel Ümumdünya Sağlamlıq Günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 70-ci ildönümünü qeyd edir. ASAN Radio xəbər verir ki, ötən 70 il ərzində ÜST dünyanın çiçək kimi ölümcül xəstəlikdən qurtulmasına və tütün istifadəsi kimi öldürən vərdişə qarşı mübarizəyə rəhbərlik edib.   

Bu il Ümumdünya Sağlamlıq Günü ÜST-nin təməl prinsiplərindən birinə həsr olunub: “Səhiyyənin əldə edilə bilən ən yüksək standartından faydalanmaq irqindən, dinindən, siyasi baxışından, iqtisadi və sosial şəraitindən asılı olmayaraq hər bir insanın əsas hüquqlarından biridir”.  

ÜST-nin Baş Direktoru Dr. Tedros Abdanhom Qebreyesus: “Möhkəm sağlamlıq hər bir insanın malik ola biləcəyi ən dəyərli şeydir. Sağlam insan öyrənir, çalışır, eləcə də özünü və ailəsini dəstəkləyə bilir. Lakin xəstə olanda, onun üçün heç nəyin mənası olmur. Ailələr və icmalar geridə qalır. Buna görə də ÜST hər kəsə möhkəm sağlamlığı təmin etməyə çalışır”. 

Altı regionda 194 üzvü və 150 nümayəndəliyi olan ÜST və onun əməkdaşları hər yerdə və hər kəsə daha yaxşı səhiyyəyə nail olmaq, eləcə də “sağlam həyatı təmin edən və yaşından asılı olmayaraq hər kəsə rifahı təşviq edən” Dayanıqlı İnkişaf Məqsədinə çatmaq amalı ətrafında birləşiblər.   

Ümumdünya Sağlamlıq Gününün bu ilki devizi “Hər yerdə və hər kəsə universal tibbi xidməti təmin etməkdir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!