USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu il Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlanıb

2018-ci ilin 3 ayında Azərbaycana 627 835 nəfər xarici vətəndaş səfər edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 207 nəfər və ya 12.6% artım deməkdir. Xarici vətəndaşların 185 913 nəfəri yanvar, 166 161 nəfəri fevral, 275 761 nəfəri isə mart ayında ölkəmizə gəlib.

Ölkəmizə səyahət edən xarici vətəndaşların sayına görə ənənəvi olaraq, Rusiya Federasiyası (171 814 nəfər), Gürcüstan (138 909 nəfər), İran İslam Respublikası (99 158 nəfər) və Türkiyə (72 733 nəfər) ilk sıradadır. Bununla yanaşı, BƏƏ (29 317 nəfər), Ukrayna (11 847 nəfər) və İraq (11 112 nəfər) vətəndaşları da Azərbaycana gələnlərin sırasında seçilib.

2018-ci ilin 3 ayı ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə xüsusi artım tempinə görən seçilən ölkələr Gürcüstan (15 684 nəfər və ya 12.7%), Rusiya Federasiyası (11 188 nəfər və ya 6.97%), Türkiyə (8 191 nəfər və ya 12.7%), BƏƏ (6 931 nəfər və ya 31%) və Küveyt (5 621 nəfər və ya 614%) olub.

2018-ci ilin 3 ayı ərzində Azərbaycana səfər edən xaricilərin əsas hissəsi MDB ölkələri və Gürcüstan (342 457 nəfər və ya 54.5%), Fars körfəzi və Yaxın şərq ölkələri (166 976 nəfər və ya 26.5%) və Avropa ölkələrinin (93 122 nəfər və ya 14.8%) payına düşüb.         

3 ay üzrə sözügedən hər üç regiondan ölkəmizə gələnlərin sayında keçən illə müqayisədə artım baş verib. Belə ki, MDB ölkələri və Gürcüstan region üzrə 28 560 nəfər (9.0%), Fars körfəzi və Yaxın şərq ölkələri üzrə 23 022 nəfər (15.9%) və Avropa regionu üzrə 8 008 nəfər (9.4%) artım müşahidə edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!