USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Euronews” telekanalının saytında Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilib

“Euronews” telekanalının saytında Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən hazırlanmış məqalə dərc edilib.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, saytda məqaləyə əlavə olaraq TEAS-ın direktoru Lionel Zetterin münaqişəyə dair videoşərhi də yerləşdirilib.

Məqalədə vurğulanır ki, vətəndaşlarının hərəkətləri hüquqi qanunlar çərçivəsində tənzimləməyən dövlət mövcud olmadığı kimi, dünya da beynəlxalq hüquq normaları olmadan keçinə bilməz. Beynəlxalq hüququn əsasını isə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı təşkil edir.

Bildirilir ki, ərazi bütövlüyünün pozulması müharibəyə, hərc-mərcliyə və qırğına səbəb olur. Son iyirmi beş ildə biz Cənubi Qafqazda məhz bunları görürük. Beynəlxalq hüququn bu vacib prinsipini təşviq edən və bu prinsipin pozulduğu halda sanksiyalar tətbiq edə bilən beynəlxalq təşkilatın müdaxiləsi zəruridir. Öz qonşuluğunda yerləşən dövlətin torpağını işğal edənlər bunun onlara baha başa gələcəyini bilməlidir.

Müəllif Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı dörd (822, 853, 874 və 884), BMT Baş Assambleyasının isə bir qətnamə (62/243) qəbul etdiyini xatırladır. Qeyd olunur ki, qətnamələrdə erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun Azərbaycan torpaqları olması ifadə edilib. Bu qətnamələr erməni qəsbkarlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edir.

Diqqətə çatdırılır ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təşkilatların da eyni mövqeyi təkrarlamasına və dəstəkləməsinə baxmayaraq, BMT-nin mövqeyi münaqişənin həlli üçün kifayət etməlidir.

Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın məsuliyyəti Avropa İnsan Haqları Məhkəməsi tərəfindən "Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların üzərində effektiv nəzarət həyata keçirilir" kimi ifadə də təsdiq edilib.

Həmçinin qeyd olunur ki, Ermənistan silah gücünə yaratdığı oyuncaq dövləti bu günədək özü də tanımayıb. Əlbəttə, ermənilərə öz vətənləri olan Ermənistan lazımdır. Bu ölkənin çox zəif iqtisadiyyatı və sayı gündən-günə azalan əhalisi var. Bu, onun işğalçılıq mövqeyindən əl çəkməsi, beynəlxalq yardımlardan asılılığını azaltmaq məqsədilə iqtisadiyyatını gücləndirmək üçün əsasdır.

Məqalədə Azərbaycanda hökm sürən multikultural mühitdən də bəhs edilir. Diqqətə çatdırılır ki, multikultural ölkə olan Azərbaycanda ermənilər hər zaman yaxşı yaşayıb, Dağlıq Qarabağa ən yüksək səviyyəli muxtariyyət təklif olunub. Azərbaycan hökuməti, Azərbaycan xalqı, yüz minlərlə qaçqın və məcburi köçkün ailələri uzun illərdir ki, səbr edir. ATƏT-in Minsk qrupunun problemin həllinə diplomatik yolla nail olmaq üçün çox şansı olub. Qrup Madrid prinsiplərini irəli sürüb. Bu prinsip azərbaycanlıların və ermənilərin yenidən bir yerdə yaşamasını nəzərdə tutur. Azərbaycan bunu qəbul, Ermənistan isə rədd edib. Status-kvo Ermənistanın işğal edilmiş əraziləri əlində saxlamasıdır, münaqişənin həllinə dair danışıqlar isə status-kvonu dəyişə bilər.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bəyan edib ki, adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Onlara yüksək qayğı göstərilməsinə baxmayaraq, hər biri öz dədə-baba torpaqlarına qayıtmağa can atır.

Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun işğal altındakı torpaqlarda ailə üzvlərinin məzarlarını ziyarət etmək cəhdlərinin Ermənistan tərəfindən zorakılıqla qarşılanmasının qeyd olunduğu məqalədə deyilir ki, onlardan biri öldürülüb, digər ikisi isə ömürlük həbsə məhkum olunub.

İşğal edilmiş ərazilərdə ermənilərin qəddar rəftarlarının şahidi olmalarına baxmayaraq, azərbaycanlı qaçqınlar və məcburi köçkünlər əsrlər boyu olduğu kimi, yenə də erməni qonşuları ilə bir yerdə yaşamaq istədiklərini bildirirlər.

Mono-etnik Ermənistandakı vəziyyətdən fərqli olaraq Azərbaycanda yəhudi, pravoslav, katolik və protestant icmaları birgə sülh şəraitində yaşayırlar.

Məqalədə sülhün hələ də mümkün olduğu, lakin bunun suverenlik və ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri üzərində qurulmasının vacibliyi vurğulanır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!