18/08/2018 12:21

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9343 0.0254 0.2909


ASAN xəbər

Yerevanda müxalifçilər nazirlik binalarını blokadaya almağa çalışırlar


19.04.2018   10:11


Yerevanda müxalifətin etiraz aksiyalarının iştirakçıları "Respublika" meydanında yerləşən bir neçə nazirlik binasını blokadaya almağa çalışırlar.

ASAN Radionun məlumatına görə, hadisə yerində olan "TASS"ın müxbiri bildirib ki, polis bu cəhdlərin qarşısını almağa çalışır. Son dəqiqə saxlanılanların sayının artdığı bildirilir.

Aksiyaçıların qarşısını almaq üçün nazirlik binalarının OMON dəstələri tərəfindən nəzarətə alındığı bildirilir.

Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.




Xəbər lenti

18 Avqust
17 Avqust













ASAN Radio telefonunuzda
Facebook