Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
ASAN Radionun məlumatına görə, təbrikdə deyilir:
“Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilməyiniz təkcə Azərbaycan xalqının Sizə bəslədiyi etimadın göstəricisi deyil, eyni zamanda, Azərbaycan Respublikasının inkişafı naminə verilmiş mandatdır. Pakistan və Azərbaycan strateji tərəfdaşlar olmaqla yanaşı, onlar həm də aralarında qədim mədəniyyət bağları və ortaq adət-ənənələri olan qardaş dövlətlərdir. Zati-aliləri, Sizin ötən ilin mart ayında Pakistana səfəriniz ölkələrimiz arasında mövcud olan dostluq və xeyirxah münasibətlərə əlavə stimul verdi. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələri Pakistan və Azərbaycan xalqlarının ortaq maraqları naminə bundan sonra da möhkəmləndirmək istiqamətində Sizinlə yaxından işləmək niyyətindəyik. Yaranmış imkandan istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və yüksəliş arzulayıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!