USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vaqif Əsədov: Paytaxt yollarında tıxac və sıxlığı yaradan hallar diqqətdə saxlanılır

Paytaxt yollarında tıxac və sıxlığı yaradan hallar diqqətdə saxlanılır. Bakının küçə və prospektlərində günün pik saatlarında yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ASAN Radio bildirib ki, inzibati ərazi üzrə avtomobil hərəkətinin intensiv olduğu istiqamətlərdə yol təmiri ilə əlaqədar olaraq sürücülər təmkinlə və ehtiyatla qaydalara əməl etməlidirlər. Xüsusilə, yerlərdə aparılan monitorinq və araşdırmalar göstərir ki, təmirlə bağlı məhdudlaşdırılan yollarda sürücülərin əksəriyyəti qarşı yola keçməklə üstünlüyü olan avtomobilin hərəkətini dayandırmaqla süni tıxacın yaranmasına səbəb olur. Yol qovşaqlarında hərəkət işıqforlarla, yol nişanları ilə nizamlanır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, bir sıra hallarda yollarda qurulan texnologiyalara məhəl qoyulmur. Süni olaraq yaranan tıxacların və sıxlığın aradan qaldırılması, yaxud yaranmaması üçün əlavə naryad-qüvvələr cəlb olunur. Günün pik saatlarında süni tıxac və sıxlığın intensiv olduğu yollarda vəziyyətin aradan qalxması üçün hər bir sürücüyə tövsiyə olunur ki, nəzərdə tutulan zolaq üzrə hərəkətə üstünlük verməklə avtomobillərini idarə etsinlər. Hər bir şəhər sakini evdən çıxıb hansısa ünvana gedərkən ilk olaraq mənzil başına tez çatmaq haqqında fikirləşir. Ancaq o, təkcə özünü yox, başqalarını da düşünməli, yolda zəncirvarı problemlər yaratmamalı, tövsiyələrə həssas yanaşmalıdır. Yollarda hər bir hərəkət iştirakçısının konkret vəzifəsi ondan ibarətdir ki, qaydalara əməl etsin, məsuliyyətini dərk etməklə, təkcə özünün yox, başqalarının da hüquqlarına hörmətlə yanaşsın.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!