USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ADA" Universitetində III İngilis Dili Olimpiadası qalibləri elan olunub

Mayın 3-də  “ADA" Universitetində  British Council-la birgə keçirilən 10-11-ci sinif şagirdləri arasında Akademik Məqsədlər üçün III Ingilis Dili Olimpiadasının qalibləri elan olunub.  Üç il əvvəl ADA Universitetinin “Fokus” tələbə klubunun təşəbbüsü kimi başlayan Olimpiadanı bu il bir sıra təşkilatlar, o cümlədən Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil  Mərkəzi və “Oxbridge Academy” dəstəkləyib.

ASAN Radio ADA-ya istinadla xəbər verir ki, Olimpiadada Bakı şəhəri üzrə 188 məktəbdən 835 yuxarı sinif şagirdi iştirak edib. Olimpiadanın birinci mərhələsi “ADA” Universitetinin tərəfdaş məktəbi olan 132-134 № Təhsil Kompleksində keçirilib. Bu mərhələdə iştirakçılar ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 yazılı sualı cavablandırıblar. 94 şagird müvəffəqiyyətlə ikinci mərhələyə keçib. “ADA” Universitetində ikinci mərhələdə isə yazı və dinləmə qabiliyyətindən yariş olub.

Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən ADA Universitetinin Tədris İşləri üzrə prorektoru Vəfa Kazdal bildirib ki, Olimpiadanın nəticəsi kimi tək qalibləri deyil, təhsilin müxtəlif pillələrini təmsil edən qurumların birgə uğurlu əməkdaşlığını da göstərmək olar. Mərasimdə çıxış edən “British Council” təşkilatının direktoru Elizabet Uayt, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Tələbə Təhsil İnstitutunun İstedadlı Uşaqlarla İş şöbəsinin müdiri Fuad Qarayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “Oxbridge Academy”-nin direktoru Nailə Rzayeva, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin direktoru Teymur Məmmədov bütün yüksək nəticə göstərmiş məktəbliləri, onların ailə üzvlərini  və təmsil etdikləri məktəblərin nümayəndələrini təbrik edib. Qeyd olunub ki, keçirilən Olimpiada məktblilərin ingilis dilini yüksək səviyyədə mənimsəmələri üçün böyük təkan olub. 

Nəticələrə görə, 3-cü yerin sahibi- 6 nömrəli məktəbin şagirdi Leyli Kərimli Alcatel One Touch planşetlə mükafatlandırılmış və “ADA” Universitetinin İngilis Dili üzrə Yay Məktəbində təhsil haqqına 50% güzəşt əldə edib. 2-ci yerin sahibi- 93 nömrəli məktəbin şagirdi İlkin Bayramlı HP noutbuk və “ADA” Universitetinin İngilis Dili üzrə Yay Məktəbində təhsil haqqına 75% güzəşt əldə etmişdir. Olimpiadanın əsas qalibi Türkiyə Dəyanət Vəqfinin şagirdi Leyla İbrahimli isə Böyük Britaniyada yerləşən “Lewis School of English” məktəbində iki həftəlik ingilis dili kursu qazanmışdır. Olimpiada qalibinin müəlliminə də hədiyyə düşüb: “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ona təlim proqramında ödənişsiz iştirak etmək imkanı verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!