USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azərişıq” ASC-yə rekord sayda müraciət daxil olub

Aprel ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “Azərişıq” ASC-yə “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzləri vasitəsilə rekord sayda müraciət daxil olub.

“Azərişıq” ASC-dən ASAN Radioya verilən məlumata görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə, sahibkarların elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciətlərinin sayı 4 dəfə artıb. Bu ilin aprel ayında 400-ə yaxın sahibkar elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişıq” ASC-yə müraciət edib.

 

Ötən ilin aprel ayından bu günə 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin yalnız “ASAN Kommunal” və “ASAN Xidmət” Mərkəzləri vasitəsilə verilməsinə dair prezident sərəncamı ilə bağlıdır. İşin operativ və səmərəli aparılması üçün “Azərişıq” ASC-nin strukturunda “Perspektiv İnkişaf və "ASAN Xidmət"lə iş idarəsi” yaradılıb.

 

“Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” Mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib. “Azərişıq” ASC-nin rəsmi saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş qaydaları əks olunub.

 

Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN Kommunal” Mərkəzlərində qəbul olunurdusa, ötən ilin sonundan etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınmış, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.

 

Qeyd edək ki, həyata keçirilən bütün bu islahatlar, struktur dəyişikliklər, yeniliklər barədə KİV vasitəsilə ictimaiyyət məlumatlandırılıb. Mətbuat konfransları, brifinqlər təşkil olunub ki, bütün bunlar da öz bəhrəsini verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!