USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kənd təsərrüfatı naziri İnam Kərimov Cocuq Mərcanlıda olub

Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 5-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub. Nazir İnam Kərimov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib. 

ASAN Radio nazirliyə istinadla xəbər verir ki, Cocuq Mərcanlıya gələn İnam Kərimov kənd sakinləri ilə görüşərək, onların qayğı və problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinləyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq nazirliyin nümayəndələri, mütəxəssisləri fermerlərlə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar ilə görüşlər keçirir. “Dövlət başçısının tapşırığı ilə Cocuq Mərcanlıda qısa müddətdə müasir, bütün infrastruktura malik qəsəbə salınıb. Kəndin inkişafı üçün əsas istiqamətlərdən biri burada aqrar fəaliyyətin genişlənməsidir. Sakinlərin məşğulluğunun təmin edilməsi başlıca hədəflərimizdəndir. Bugünkü görüşümüzün məqsədi də sakinlərin qayğılarını dinləmək və fəaliyyətimizi buna uyğun qurmaqdır. Cocuq Mərcanlı sakinlərinə aqrar sahədə daim dəstək verib, qayğı göstərməliyik” - deyə, nazir bildirib. 

İnam Kərimov Cocuq Mərcanlıda ayrılan pay torpaqlarının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların, həmçinin gübrə və toxumların Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əvəzsiz təmin ediləcəyini bildirib. Nazir qeyd edib ki, hazırda Cocuq Mərcanlıda 33 hektarda qarğıdalı əkilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatı naziri rəhbərlik etdiyi qurumun nəinki səpin prosesində, həmçinin məhsul istehsalının bütün mərhələlərində, problemlərin həllində fermerlərin, kənd sakinlərinin yanında olacağını əlavə edib. Nazir bildirib ki, fermerlər həm texnika ilə təmin ediləcək, həm də onlara məhsuldarlığın artırılması üçün məsləhət xidməti göstəriləcək. 

İnam Kərimov Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq həyata keçirilən qarğıdalı səpinində iştirak edib. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!