USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib- YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

ASAN Radionun məlumatına görə, Avropa İttifaqı ilə əlaqələrin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı Avropa Komissiyasında keçirilən son görüşlərini məmnunluqla xatırladı və bu səfərin nəticəsi kimi yeni saziş üzərində işlərin başlandığını deyib.

Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda, Azərbaycan Avropa İttifaqı üzv dövlətlərinin üçdə biri ilə artıq strateji tərəfdaşlıq sənədi imzalayıb və ya qəbul edib. Bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirən prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəni, ticarət və enerji təhlükəsizliyi sahələrində həyata keçirildiyini qeyd edərək Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, öz növbəsində, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə daha da artdığını vurğulayıb.

Nəqliyyat infrastrukturu sahəsinə toxunan dövlət başçısı ötən il istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Asiya ilə Avropa arasında mühüm nəqliyyat körpüsü rolunu oynadığını və Azərbaycanın Avrasiya məkanında önəmli nəqliyyat qovşağına çevrildiyini bildirib. Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim və nümayəndə heyətinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dövlət başçısını təbrik ediblər. Sayyad Kərim son iki il ərzində Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın çox müsbət və konstruktiv istiqamətdə inkişaf etdiyini məmnunluqla bildirib. O, Avropa İttifaqı ilə Azərbaycan arasında 2017-ci ildə başlanan danışıqların uğurla davam etdirildiyini qeyd edib. Azərbaycana səfər proqramının çox sıx olduğunu qeyd edən Sayyad Kərim tərəflərin əməkdaşlığın inkişafında maraqlı olduğunu və Azərbaycanın Milli Məclisi ilə əməkdaşlıq üçün yaxşı əsas yarandığını vurğulayıb. Sayyad Kərim təmsil etdiyi qurumun Azərbaycanla iqtisadi, nəqliyyat, enerji, investisiya, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığı üçün böyük imkanların olduğunu deyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!