USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət”də Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib

7 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

ASAN Radio xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın qurulması və dövlətçilik ənənələrinin qorunmasındakı əvəzsiz rolundan danışıb. Həmçinin ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin  ictimai-siyasi həyatında aparıcı rol oynadığını qeyd edib.

Dövlət Agentliyinin sədri vurğulayıb ki,  ölkə prezidentinin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” məhz Heydər Əliyevin əsasını qoyduğu təməl prinsiplər əsasında qurulub.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu Ulu Öndərin Azərbaycan xalqının maraqlarının qorunması istiqamətində həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasətindən, iqtisadi fəaliyyətindən, böyük dövlət xadimi kimi xalqımızın taleyində oynadığı əvəzsiz rolundan söz açıb.  Eyni zamanda bu gün Azərbaycanın güclü dövlətə çevrilməsində ulu öndər Heydər Əliyevin ideyaları əsasında dövlət başçısının məntiqi siyasətinin dayandığını vurğulayıb.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu olduğunu bildirib. Natiq bu gün Azərbaycanın müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi nəinki regionda, həmçinin bütün müsəlman ölkələrində də yüksək nüfuza sahib olduğunu diqqətə çatdırıb.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan gənclərə vəsiqələr təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!