USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İtmiş Misir sərnişin təyyarəsinin partladıldığı deyilir

ABŞ xüsusi xidmət orqanları Aralıq dənizində itkin düşən “EgyptAir” təyyarəsinin göyərtəsində partlayıcı qurğunun işə salındığını ehtimal edirlər. “Reuters”in verdiyi məlumata görə, bu barədə ABŞ xüsusi xidmət orqanlarındakı  mənbədən bildirib.

Məlumata görə, əldə olunan ilkin məlumat bombanın partladığını ehtimal etməyə əsas verir. ABŞ xüsusi xidmət orqanları Fransa və Misirin müvafiq qurumları ilə əməkdaşlıq edərək kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirir.  ABŞ prezidentinin Ağ Evdəki məsləhətçisi Ben Rods hökumətin hələlik Misir təyyarəsi ilə əlaqədar rəsmi versiyaya sahib olmadığını bildirib.

Misirin paytaxtına fransız mütəxəssislərdən ibarət araşdırma briqadası gəlib. Onların qəzanın səbəblərini araşdıracağı bildirilir. İtmiş sərnişinlərin yaxınlarının da artıq Qahirədə olduğu deyilib.

Misirin “EgyptAir” Hava Yollarına məxsus sərnişin təyyarəsinin qalıqları Yunanıstanın Karpatos adasının cənubunda tapılıb.

Məlumata görə, Yunanıstan axtarış və xilasetmə xidmətinin əməkdaşları təyyarənin radarlardan itdiyi yerin 50 mil cənub şərqində dənizin üzərində üzərində iki obyekt görüb.

İki böyük plastik obyekti Krit adasından 230 mil cənubda yunan freqatı aşkar edib. Obyektin ağ və qımızı rənglərdə olduğu deyilir.

Yunanıstan Silahlı Qüvvələri təyyarənin qalıqlarının tapılması faktını təstiqləyib.

“Təyyarənin qalıqları Qahirə reysi ilə əlaqənin kəsildiyi ərazidə tapılıb. Misirin C-130 təyyarəsinə aid olduğu deyilən abyektlər tədqiq olunması üçün məhkəmə ekspertizaya göndəriləcək”, - deyə ordu nümayəndəsi Vasilisa Belestotisa məlumat verib

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!