USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ETSN: Bakının dörd nöqtəsində havada zərərli maddələr normadan dəfələrlə çoxdur

“Bakının dörd nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur”. 

ASAN Radio APA-ya istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Mirsalam Qəmbərov deyib.

O bildirib ki, bu istiqamətdə araşdırmalar aparılır və nəticələr haqqında məlumat veriləcək: “Eyni zamanda bildirmək istəyirəm ki, ötən həftə paytaxtın Sabunçu, Xətai, Səbail və bir sıra ərazilərdə atmosferdə kəskin qoxu müşahidə edilib və bu da insanlara mənfi təsir göstərib. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq etmişik. Müəyyən etdik ki, qoxu şəhərin müvafiq nöqtələrində 4 yerdə daha kəskin yayılıb. Bu bilavasitə neft emalı zavodu və onun əhatə dairəsinə aid olan yerlərdir. Havanın isti və rütubətin normaya uyğun olmaması bu maddələrin daha çox yayılmasına səbəb olub. Neftayırma zavodunun əməkdaşları prosesin onlarda baş vermədiyini deyir. Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər. Lakin atmosferə atılanda bu atmosfer havası üçün zərərli ola bilər. Ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olması üçün bütün lazımı tədbirlər görməkdə istehsalçı müəssisələr  öhdəlik daşıyır. Qanunvericiliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə  ətraf mühitə vurulan ziyanı hesablayır,  yaxın günlərdə bu rəqəm açıqlanacaq. Heç kim düşünməsin ki, bu vaxta qədər belə bir problem var idi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparmır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!