USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
H.Hacıyev: "Sarkisyan rejiminin ünsürü olan Balayan yeni siyasi hakimiyyətdə vəzifə üçün ekstra fəallıq göstərməyə çalışır"

"Əvvəllər səsi çıxmayan və Sarkisyan rejiminin ünsürü olan bu şəxs Ermənistandakı yeni siyasi hakimiyyətdə vəzifə tapmaq üçün yəqin ki, ekstra fəallıq göstərməyə çalışır. Hələ də fərqində deyil ki, onun qulluq etdiyi Sarkisyan rejiminin siyasəti, o cümlədən Azərbaycana qarşı təcavüz və işğalın davam etməsi Ermənistanın bugünkü böhranının əsas səbəbidir. Yeni Ermənistan hakimiyyəti əvvəlki rejimin siyasətini davan etdirəcəksə, yəqin ki, onları da eyni aqibət gözləyir".

Bunu ASAN Radioya açıqlamasında Ermənistan XİN-nin mətbuat katibinin açıqlaması ilə əlaqədar Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını aldı və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu idarəçilik modeli əsasında Azərbaycan regionun aparıcı dövlətidir", - deyə H. Hacıyev vurğulayıb.

Qeyd edək ki, Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ siyasətinin fiasko ilə nəticələnəcəyini bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!