23/10/2018 04:53

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


ASAN xəbər

Sabahdan 15 dövlətin vətəndaşlarına hava limanlarında viza verilməsinə başlanılır


14.05.2018   14:40


Sabahdan başlayaraq 15 dövlətin vətəndaşları Azərbaycanın hava limanlarında “ASAN Viza” sistemi ilə viza ala biləcəklər.

ASAN Radionun xəbərinə görə, bu yenilikdən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları faydalana biləcək. 

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından “ASAN Viza” sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. Bu ilin mayına kimi 420 minə yaxın əcnəbiyə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib.




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook