USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bayılda sürüşmə baş vermiş ərazidən 22 ailə köçürülüb, xəsarət alan yoxdur

Bayılda, Buxta küçəsində torpaq sürüşməsi baş vermiş ərazidən 22 ailə köçürülüb, xəsarət alan yoxdur.

Bu barədə Səbail rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Qeyd olunub ki, bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. İcra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

Bayıldakı sürüşmə prosesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayıcı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi, 9 ünvanında yaşayan ailələr köçürülüblər. Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Qeyd edək ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev təhlükəli ərazidədir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!