Bu gün saat 19:00-da Mingəçevir “ASAN həyat” kompleksində ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimatı olacaq.
"Sevdiyim" layihəsi "ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə reallaşıb.
Layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir.
Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş "Sevdiyim" şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Əsərin bəstəkarı və ifaçısı əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.
Mingəçevirdə sözügedən klipin təqdimatı olacaq. Ardınca əməkdar artist Tünzalə Ağayeva "Sevdiyim" və digər sevilən mahnılarını ifa edəcək.
Mingəçevir və ətraf bölgələrin sakinləri konsertdə iştirak edə bilərlər. Giriş sərbəstdir!
Xatırladaq ki, layihə mayın 11-də ilk dəfə Bakıda Nizami Kino Mərkəzində təqdim olunub. Ardınca bölgələrdə təqdimatlara start verilib. Mayın 15-də Masallı şəhərindəki “ASAN həyat” kompleksində "Sevdiyim" layihəsinin təqdimatı keçirilib.
Qeyd edək ki, layihə müddətində növbəti təqdimat mayın 24-də Qubada olacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!