USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ələtdə “Azərbaycan Respublikası-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq

İqtisadiyyat naziri Şahin Mustafayev Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) idarə heyətinin sədri Vanq Yini qəbul edib.

Nazirlikdən ASAN Radioya verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə səfəri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir.

Şahin Mustafayev qeyd edib ki, 2018-ci ilin fevral ayında Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans və Çin rəsmiləri ilə müxtəlif görüşlər təşkil olunub.

Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub: "Hazırda Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir, Şanxayda Azərbaycan Ticarət Evinin, Pekində və Şanxayda Azərbaycan Şərab Evinin açılması nəzərdə tutulur. Bütün bunlar ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək".

Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Görüşdə həmçinin, Ələtdə yaradılması nəzərdə tutulan “Azərbaycan Respublikası-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” barədə məlumat verilib.

Nazir Şahin Mustafayev Azərbaycan və Çin şirkətləri arasında birgə həyata keçirilməsi nəzərdə tutulan metallurgiya, kənd təsərrüfatı, neft-kimya sahələri üzrə layihələrin icrasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) fəaliyyəti barədə məlumat verən idarə heyətinin sədri Vanq Yi Azərbaycanda həyata keçirilən layihələrin sığortalanmasında Korporasiyanın maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, xarici ticarət və iqtisadi əməkdaşlığın təşviqi məqsədilə kredit və investisiyaların sığortalanması sahəsində böyük təcrübəsi olan SİNOSURE Korporasiyası tərəfindən ümumilikdə 3,5 trilyon dollar məbləğində ixrac vəsaiti sığortalanıb. Korporasiya 250-dən çox bankla əməkdaşlıq edir.

Görüşdə SİNOSURE Korporasiyasının Azərbaycanın aidiyyəti qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğu ifadə olunub və bu sahədə əlaqələrin qurulması imkanları müzakirə edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!