USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"İmagine" Avropa Tolerantlıq Festivalının bağlanış mərasimi keçirilib

Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə 2-ci "İmagine" Avropa Tolerantlıq Festivalının rəsmi bağlanış mərasimi  keçirilib. 

ASAN Radionun xəbərinə görə, Avropa İttifaqının Azərbaycan  nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, keçən il olduğu  kimi, bu il də festival musiqisevərləri çox məmnun edib.

Daha sonra çıxış edən "United.cultures"in icraçı direktoru Paola Kasaqrande bildirib ki, 2-17 may tarixlərində baş tutan festival çərçivəsində tolerantlıq, multikulturalizm və mədəniyyətlərarası dialoq kimi mövzuları əhatə edən tədbirlərdə 4 min nəfər iştirak edib. Builki festivalın proqramına Aİ-yə üzv 16 ölkənin və üzv olmayan 12 ölkənin 37 filminin nümayişi, 3 konsert, rejissor və musiqiçilərin iştirakı ilə 6 masterklass və 6 debatlar daxil idi.

Aİ-nin Azərbaycan nümayəndəliyinin  birinci müşaviri  Denis Danilids festival  barədə məlumat verərək "İmagine" festivalının hüdudlarının genişləndiyini bildirib.

Moldovanın Azərbaycandakı səfiri George Leuka festivalın çox əhəmiyyətli mədəni tədbir olduğunu söyləyib: "Moldova üçüncü dəfə də bu festivalda iştirak etmək fikrindədir. Həmçinin, bu il ərzində Azərbaycanda başqa mədəni tədbirlər də  təşkil etməyi nəzərdə tutmuşuq. Moldovanın müstəqillik günü ilə bağlı Azərbaycana  Moldovadan bəzi incəsənət nümayəndələrinin gətirilməsini planlaşdırırıq.  Bu ilin  oktyabr ayında isə Moldovada  Azərbaycan ədəbiyyat günləri  keçiriləcək".

Qeyd edək ki, ASAN Radio 2-ci "İmagine" Avropa Tolerantlıq Festivalına informasiya dəstəyi verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!