USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir: "Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələrə ən böyük təhlükədir"

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotıqa ilə görüşüb.

Müdafiə Nazirliyindən veriləm məlumata görə, cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z. Həsənov Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən təxribatları, Azəbaycanın mülki əhalisinə və obyektlərinə qarşı ağır silahlardan, o cümlədən beynəlxalq konvensiyalarla qadağan olunan sursatlardan istifadə edilməsi faktlarını qonağın diqqətinə çatdırıb. Müdafiə naziri beynəlxalq birlik, o cümlədən Avropa təsisatları tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq müddətdə erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qaldığını da bir daha xatırladıb.

"Ermənistanın yürütdüyü təcavüzkar siyasət Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı iqtisadi layihələrə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Beynəlxalq qurumlar və ictimaiyyət ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün nəhayət ki, mütləq surətdə səylərini artırmalıdırlar", - deyə nazir bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb.

Sülhməramlı əməliyyatlara verdiyi töhfəyə, Əfqanıstandakı missiyanın peşəkar səviyyədə icra olunmasına görə Azərbaycana dərin minnətdarlığını ifadə edən A. Fotıqa ölkəmizin terrorizmə qarşı mübarizədə fəallığını da yüksək qiymətləndirib.

Avropanın enerji təminatı baxımından vacib olan Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə Azərbaycanın önəm verdiyini vurğulayan qonaq ölkəmizin ciddi və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!