25/06/2018 23:23

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9810 0.0269 0.3654


ASAN xəbər

Əfv sərəncamının icrasına başlanılıb


25.05.2018   09:22


Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

ASAN Radionun məlumatına görə, sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.

Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.




Xəbər lenti

25 İyun













ASAN Radio telefonunuzda
Facebook