USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ASAN E-gov modeli Cənubi Koreyada təqdim olunub

Mayın 21-25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Cənubi Koreya Respublikasının Seul şəhərində “Elektron Hökumət sahəsində Siyasi İdarəetmə” mövzusu üzrə təşkil olunmuş proqramda iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ASAN Radioya verilən məlumata görə, proqramda iştirak üçün Cənubi Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyi ilə Anlaşma Memorandumu imzalamış və elektron hökumət sahəsində əməkdaşlıq tələb edən 47 ölkə arasından seçilmiş cəmi 10 ölkənin dövlət qulluqçuları dəvət alıblar.

Proqramda iştirak etməkdə əsas məqsəd elektron hökumət sahəsində Cənubi Koreya təcrübəsinin araşdırılması, habelə Azərbaycanda elektron hökumətin inkişafı, “ASAN xidmət”in fəaliyyəti barədə iştirakçılara, Koreya Respublikasının bir sıra dövlət və özəl şirkətlərinin nümayəndələrinə ətraflı məlumat vermək və təcrübə mübadiləsi həyata keçirmək olub.

Cənubi Koreya Respublikasının daxili işlər və təhlükəsizlik nazirinin müavini Shim Bo-kyun, nazirliyin E-hökumət Bürosunun baş direktoru Yoonkee Chung və digər rəsmilər “dəyirmi masa” ətrafında fikir mübadiləsi zamanı e-hökumət sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Tədbirdə Dövlət Agentliyinin nümayəndə heyəti tərəfindən Azərbaycanda dövlət xidmətlərinin innovativ formada həyata keçirilməsində “ASAN xidmət”in rolu və təcrübəsi, həmçinin elektron idarəetmə sahəsində mövcud vəziyyət barədə geniş təqdimat edilib.

Bundan başqa, proqram çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib. Koreya Respublikasının bir sıra aparıcı dövlət qurumlarının, özəl təşkilat və müəssisələrin, habelə Belarus, Tunis, Özbəkistan, Honduras, Uqanda, Efiopiya, Kamboca və digər ölkələrin nümayəndələri Azərbaycanın dövlət xidmətləri, e-hökumət, e-xidmətlər sahəsindəki təcrübələrini maraqla qarşılayıb, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı bir sıra təkliflər irəli sürüblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!