21/08/2018 15:36

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


Dövlət xidmətləri

ASAN E-gov modeli “Tallin E-hökumət 2018” konfransında


30.05.2018   12:46


29-30 may 2018-ci il tarixində Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Estoniyanın Elektron İdarəçilik Akademiyasının təşkilatçılığı ilə beynəlxalq “Tallin E-hökumət 2018” adlı konfrans keçirilib.

ASAN Radio xəbər verir ki, “Rəqəmsal vətəndaşlar üçün idarəetmə”yə həsr olunan konfransda, müxtəlif ölkələrin elektron hökumət sahəsindəki strategiyaları, qabaqcıl təcrübələri, yeniliklər və qarşılaşıla biləcək problemlər və onların mümkün həlli yolları barəsində müzakirələr aparılıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ilə Estoniyanın Elektron İdarəçilik Akademiyası arasında elektron hökumətin inkişafı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi tərəflər arasında elektron hökumətin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsidir.

Eyni zamanda konfrans çərçivəsində “Azərbaycan və Estoniya təcrübələri: e-xidmətlər və e-şəxsiyyət" mövzusunda təşkil olunmuş sessiyada “ASAN - yeni nəsil dövlət xidmətləri: reaktiv xidmətlərdən proaktiv xidmətlərə, “one-stop shop”dan – “non-stop shop”a” adlı təqdimat edilib. Təqdimat zamanı “ASAN xidmət” təcrübəsindən və Elektron hökumət sistemindən geniş bəhs edilib, Dövlət Agentliyi tərəfindən elektron hökumət, e-xidmətlər sahəsində həyata keçirilən layihələr və görülmüş işlər ilə bağlı ətraflı məlumat verilib.




Xəbər lenti

21 Avqust













ASAN Radio telefonunuzda
Facebook