USD - 1.7 EUR - 1.902 RUB - 0.0265 TRY - 0.2889 DAHA ÇOX
SON DƏQİQƏ
Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edilir PSJ Neymarın qiymətini açıqlayıb Səyyar “ASAN Kommunal” Qobuda İyunun 20-də xarici valyutaların manata qarşı məzənnələri Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
S.Morozov: "Ulyanovskda dövlət xidmətləri "ASAN Xidmət" standartları üzrə işə keçirlər"

"Azərbaycandakı "ASAN Xidmət" kimi çoxfunksiyalı mərkəzlərin təcrübəsini öyrənmək və onu qəbul etmək indi bizim üçün çox vacibdir".

ASAN Radio bildirir ki, bunu "Report"un Rusiya bürosuna Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov deyib.

"Sizdə bu sistem tam mükəmməl işləyir və bizdəki analoji mərkəzlərindən çox fərqlənir. Belə xidmət əhaliyə çox rahatdır və xidmətlərin geniş spektrini təqdim edir. Azərbaycanda bu istiqamət üzrə rəhbər şəxslərlə danışmışam və qərara gəldik ki, Ulyanovskda nümunə kimi sizin yanaşmanı tətbiq edək. Hazırda Rusiya hökumətinə çoxfunksiyalı mərkəzlərin Azərbaycandakına oxşar olmasına dair xidməti məktub hazırlayıram", - S.Morozov bildirib.

O, Ulyanovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib: "Ulyanovskda ənənəvi olaraq Azərbaycanda istehsal olunan məhsullara, o cümlədən qida emalına, ərzaq məhsullarına böyük maraq var. Öz növbəsində, Azərbaycanı mebel, tikinti materialları, neft-qaz sahəsi ilə bağlı cihazlarla təmin edirik. Azərbaycanlı tərəfdaşlarımız malların İran və Türkiyə bazarlarına çıxarılması məsələsində də bizim şirkətlərlə sıx əməkdaşlıq edirlər".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio