USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyevin qatıldığı sammit başladı

Türkiyənin İstanbul şəhərində Ümumdünya Humanitar Sammiti keçirilir.

Sammit Bakı vaxtı ilə saat 9:00-da işə başlayıb. Sammitdə dünyanın 177 ölkəsindən nümayəndə, o cümlədən 65 dövlət və hökumət başçısı iştirak edir.

Prezident Ərdoğan və digər ölkələrin liderləri, sammitin ilk proqramı olaraq birgə nahara qatılıblar. Sammit mətbuata qapalı keçirilir.

Zirvə toplantısının bugünkü proqramı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit iştirakçılarının şərəfinə verəcəyi şam yeməyi ilə başa çatacaq. 

Hazırda İstanbul Konqres Mərkəzində və onun ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. 

Sammit BMT-ın baş katibi Pan Gi Munun təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiyası İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Pan Gi Mun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə açılış nitqi ilə çıxış edəcəklər.

Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. 

Sammitə Almaniya kansleri Angela Merkel, Ukrayna prezidenti Pyotr Poroşenko, Küveyt əmiri Sabah al- Əhməd əl- Caber əs-Sabah, Niderlandrın baş naziri Mark Rutte, Livanın baş naziri Tammam Salam, habelə Bolqarıstanın baş naziri, Səudiyyə Ərəbistanının xarici işlər naziri, Nigeriyanın, Qırğızıstanın, Madaqaskarın, Makedoniyanın, Çernoqoriyanın, Rusiyanın, Yəmənin və digər ölkələrin liderləri, hökumət başçıları da qatılıb.

BMT-nin Xəbərlər Mərkəzinin yaydığı məlumata görə, beynəlxalq tədbir döyüş əməliyyatlarının, erkən nikahların, icbari əmək və insan alverinin qurbanı olan “itirilmiş” uşaq nəslini xilas etmək üçün yeganə şansdır.

Beynəlxalq tədbir böhranlara və onların qarşısını almaqda hazırlığın təmin edilməsində dönüş mərhələsi olacaq və beynəlxalq birliyin insan iztirablarına son qoyulmasına yanaşma tərzini dəyişəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!