Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən "Azərbaycan İş Mərkəzi"nin açılışı olub.
ASAN Radio APA-ya istinadla xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, iqtisadiyyat naziri Şahin Mustafayev, Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, I vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Bakının Nərimanov rayonun icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev və hər iki ölkədən olan iş adamları iştirak ediblər.
Mərasimdə Həştərxan qubernatoru Aleksandr Jilkin və Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev çıxış ediblər.
Daha sonra "Made in Azerbaijan" brendi adı altında Azərbaycan istehsalçılarının mal və xidmətlərinin sərgisinə baxış keçirilib.
Qeyd edək ki, bu gün fəaliyyətə başlayan "Azərbaycan İş Mərkəzi" Həştərxan şəhərinin Bakinskaya küçəsi, 100 ünvanında yerləşir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!