USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, dövlət başçısı Günter Ottinger ilə bundan əvvəl Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini vurğulayaraq, bunun ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib və Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqının dəstəyini və Günter Ottingerin verdiyi töhfəni yüksək qiymətləndirib.

Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin salamlarını dövlətimizin başçısına çatdırıb. Eyni zamanda, dövlət başçısına yeni prezidentlik dövründə fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətilə təbriklərini çatdırıb. Günter Ottinger bundan əvvəl Prezident İlham Əliyevlə keçirdiyi səmərəli görüşlərini məmnunluq hissi ilə xatırlayıb. Cənub Qaz Dəhlizinin açılışının əhəmiyyətinə toxunan Günter Ottinger bunu çox mühüm hadisə kimi dəyərləndirdi və bu dəhlizin Azərbaycanın və regionun Avropa ilə birləşdirilməsi baxımından önəmini qeyd edib. Bildirib ki, Cənub Qaz Dəhlizi qlobal əhəmiyyət daşıyır və bu dəhlizin reallaşması, öz növbəsində, Azərbaycanda və regionda nəqliyyat, kənd təsərrüfatı, İKT və turizm sahələrinin inkişafına təkan verəcək. Günter Ottinger əminliklə vurğuladı ki, təmsil etdiyi qurum Azərbaycanın bundan sonra da Avropa İttifaqını dünyanın digər regionları ilə əlaqələndirəcək qlobal və regional layihələrini dəstəkləyəcək.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqların yaxın zamanlarda uğurla başa çatacağına və siyasi, iqtisadi, humanitar, mədəni və bütün digər sahələrdə əməkdaşlığı əhatə edəcəyinə ümidvarlıq ifadə olundu, Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, enerji, investisiya, nəqliyyat dəhlizlərinin yaradılması və inkişafı, ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Jan-Klod Yunkerin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa Komissiyasının prezidentinə çatdırmağı xahiş edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!