21/08/2018 15:34

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


Havadasan

Bakıda və rayonlarda şimşək çaxacaq, intensiv yağış yağacaq


01.06.2018   13:10


Bakı və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 17-20, Bakıda gecə 15-17, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 59-65, gündüz 80-90 faiz təşkil edəcək

Abşeron çimərliklərində iyunun 2-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi  əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 2-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 2-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısamüddətə xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi, rütubətli hava şəraiti və temperaturun enməsi gözlənilir. Belə təzadlı, dəyişkən hava şəraiti meteohəssas insanlarda  narahatlıq hissi yarada bilər.




Xəbər lenti

21 Avqust













ASAN Radio telefonunuzda
Facebook