USD - 1.7 EUR - 1.8952 RUB - 0.0264 TRY - 0.2775 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan Prezidenti: Bizim gücümüz birliyimizdədir Tereza Mey istefasını elan edib Hava şəraiti ilə bağlı proqnoz açıqlanıb Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq Prezident İlham Əliyev Rusiyanın Əmək və Sosial Müdafiə nazirini qəbul edib
Bakıda “Avropa Şəhərciyi-2018” festivalı keçirilir

Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı - “Avropa Şəhərciyi-2018” festivalı keçirilir.

ASAN Radio xəbər verir ki, ənənəvi olaraq, "Avropa Şəhərciyi" Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən İttifaqa üzv olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

"Avropa Şəhərciyi"nə baş çəkəcək insanlar Aİ və onun dəyərləri, eləcə də Aİ və Azərbaycan arasında mövcud olan çoxillik əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında daha çox məlumat ala biləcəklər.

Tədbir çərçivəsində Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimyəvi və fiziki eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng toxuculuğu üzrə ustad dərsləri (master-klas), 3D qələmlə müxtəlif obyektlərin çəkilməsi və bir sıra digər tədbirlər keçiriləcək.

AFFA tərəfindən isə xüsusi futbol meydançası təşkil edilib.

Bundan başqa, festivalın qonaqları Avropa yeməklərinin, o cümlədən “paelya”nın hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar.

"Avropa Şəhərciyi"ndə ilk dəfə olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müxtəlif xalq sənət növlərini və kitab sərgisini nümayiş etdirəcək. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik və ağacda oyma işindən) ibarət olan milli “Dastan” brendinin kolleksiyasını təqdim edəcək.

"Avropa Şəhərciyi" qonaqlar üçün gecə saatlarına qədər açıq olacaq, tədbirə möhtəşəm konsert proqramı ilə yekun vurulacaq. Azərbaycanlı müğənni-bəstəkar Miri Yusif və məşhur italyan müğənni İn-Qrid konsert proqramı ilə çıxış edəcəklər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio