USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
YAP rəsmisi: "Avropa Parlamentində çıxarılan qərarlar, sənədlər elə orada da qalır" Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür" Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Qara dənizdə qayıqda tapılan meyit azərbaycanlı kapitana məxsusdur Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib    
Dağ uçqunu nəticəsində Lahıc qəsəbəsi ilə avtomobil əlaqəsi kəsilib

İsmayıllıda iyunun 1-dən axşamüstü başlayan və bu saatlaradək hələ də davam edən güclü küləklə müşayiət olunan leysan yağışları bir sıra fəsadlar törədib.

Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda elektrik, yol və kənd təsərrüfatına, habelə fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Belə ki, güclü külək və leysan yağışları 6 fərdi yaşayış evində, 5 yardımçı tikilidə və 2 sahibkarlıq obyektində dağıntılar törədib. Habelə 1 ədəd “VAZ 21099” markalı avtomobilin üzərinə ağac aşıb. İki vətəndaşa məxsus daş hasar uçub. Diyallı kənd mədəniyyət evinin 600 kvadratmetrlik dam örtüyü tamamilə dağılıb, nəticədə iki məcburi köçkün ailəsi çətin vəziyyətə düşüb, onların əmlaklarına ziyan dəyib.

Lahıca gedən yolda dağ uçqunu nəticəsində qəsəbə ilə avtomobil əlaqəsi kəsilib. İsmayıllı şəhərinin bəzi məhəllələrində və 19 kənddə elektrik verilişində problemlər yaranıb.

Dağ çaylarında sel sularının artması ilə əlaqədar Sulut və Kəlbənd kəndlərinə gediş-gəlişdə məhdudiyyət yaranıb. Talıstan və Mücü kəndlərinin su təsərrüfatına ziyan dəyib. Sel-suları nəticəsində kənddaxili yollarda da dağıntılar olub.

İyunun 2-də günorta saatlarınadək əksər ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib. Hazırda təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio