USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
YAP rəsmisi: "Avropa Parlamentində çıxarılan qərarlar, sənədlər elə orada da qalır" Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür" Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Qara dənizdə qayıqda tapılan meyit azərbaycanlı kapitana məxsusdur Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib    
Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi başladı - Fotolar

İyunun 4-də Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi işə başladı. Ənənəvi müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə keçirilir. 

ASAN Radio xəbər verir ki, əvvəlcə müsabiqə təşkilatçıları, münsiflər heyətinin üzvləri, fəxri qonaqlar  və iştirakçılar, musiqi ictimaiyyətinin nümayəndələri paytaxtın Bülbül prospektində Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli ifaçı, SSRİ Xalq artisti, professor Bülbülün abidəsini ziyarət etdilər. 

Görkəmli müğənninin oğlu, Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı səfiri və Bülbül Fondunun prezidenti Polad Bülbüloğlu qonaqlara bu abidənin tarixindən, ölkəmizdə sənət adamlarına və onların xatirəsinə göstərilən ehtiramdan söz açdı. 

Abidənin önünə gül dəstələri qoyduqdan sonra tədbir iştirakçıları müsabiqənin keçirildiyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına yollandılar. 

Filarmoniyada keçirilən açılış mərasimində əvvəlcə mədəniyyət naziri Əbülfəs Qarayev və Bülbül Fondunun prezidenti Polad Bülbüloğlu səhnəyə çıxdılar. 

Nazir çıxışının əvvəlində qeyd etdi ki, artıq 7-ci dəfədir ki, Azərbaycanda beynəlxalq vokal müsabiqəsi keçirilir: “Mən çox şadam ki, müsabiqənin təməli qoyulandan indiyədək keçən illər ərzində bu sənət yarışında uğur qazanmış gənc vokalçılar bu gün Rusiya Böyük Teatrından Nyu-Yorkdakı “Metropoliten-opera”yadək dünyanın ən böyük opera səhnələrində çıxış edirlər. Bu müsabiqə gənc vokalçılar üçün sənət aləminə yaxşı tramplin sayıla bilər. Mən əminəm ki, münsiflər heyəti onadək ölkəni təmsil edən gənc vokalçıların məharətini ədalətlə qiymətləndirəcək, iştirakçılar isə həm münsiflərin qərarından, həm də qonaqpərvərliyi ilə məşhurlaşmış Bakıdan məmnun qalacaqlar”. 

Nazir diqqətə çatdırdı ki, builki müsabiqə "Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq keçirilir və yubileyin qeyd edildiyi günlərə təsadüf edir. Müxtəlif ölkələrin vokal məktəbləri təmsilçilərinin bu tədbirlərdə iştirakı isə yubileyə beynəlxalq status bəxş edir. 

Sonra çıxış edən Polad Bülbüloğlu bildirdi ki, ulu öndər Heydər Əliyevin 1997-ci ildə Bülbülün 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncama əsasən bu beynəlxalq müsabiqənin təməli qoyulub. Müsabiqənin keçirilməsində Mədəniyyət Nazirliyinin rolunu qeyd edən P.Bülbüloğlu indiyədək keçirilmiş müsabiqələrin tarixi barədə məlumat verdi. O, həmçinin ardıcıl olaraq münsiflər heyətinə başçılıq etmiş İrina Arxipova, Yevgeni Nesterenko kimi dünya şöhrətli vokalçıların əməyini xüsusi vurğuladı.

Artıq ikinci dəfə Bülbül adına müsabiqənin münsiflərinə sədrlik edən Rusiya Federasiyasının Xalq artisti Sergey Leyferkus isə çıxışında gənc iddiaçılara uğurlar arzuladı.

Sonra müsabiqənin I turun dinləmələrinə start verildi. Xatırladaq ki, müsabiqənin  ilk turunda 10 ölkəni təmsil edən 79 vokalçı çıxış edir. Turun dinləmələri iyunun 4-də axşamadək davam edəcək. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio