USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
YAP rəsmisi: "Avropa Parlamentində çıxarılan qərarlar, sənədlər elə orada da qalır" Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür" Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Qara dənizdə qayıqda tapılan meyit azərbaycanlı kapitana məxsusdur Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib    
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan torpaqların kadastr uçotu işlərinin nəticələri ilə bağlı təqdimat olub

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məclisin Aqrar siyasət komitəsində “Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı” təqdimat keçirilib.

 

ASAN Radionun məlumatına görə, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar və digərləri iştirak edib.

 

Təqdimatdan öncə iştirakçılar torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələrini əks etdirən xəritələrlə tanış olublar.

 

Tədbiri giriş nitqi ilə açan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, tədbirin keçirilməsində məqsəd kadastr uçotu ilə əlaqədar görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı məlumatlandırmaqdır.

 

Ölkədə aparılan torpaqların elektron kadastr uçotu işlərinin əhəmiyyətli olduğunu vurğulayan komitə sədri bildirib ki, bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr torpaqlara nəzarətin mükəmməl mexanizmlərinin formalaşmasına, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılmasına imkan verir.

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov isə bildirib ki, Prezident İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirməsi, torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində mühüm tapşırıqlar verir. Ölkə başçısı tərəfindən imzalanan 2016-cı il 7 mart tarixli fərmana əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılır və rəqəmsal kadastr xəritəsi tərtib edilir, bu istiqamətdə müasir yanaşmalar, elmi-texniki nailiyyətlər tətbiq olunur. Belə işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib, ixtisaslı kadrlar işə cəlb edilib. Komitə tərəfindən görülən bu genişmiqyaslı tədbirlər torpaq bazarının təkmilləşdirilməsinə, torpaq balansının dəqiqləşdirilməsinə, o cümlədən vahid torpaq bazasının yaradılmasına, idarəetmədə səmərəlilik prinsipinin təmin edilməsinə imkan verir.

 

Daha sonra Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, aparılan torpaq uçotu işləri nəticəsində rayon torpaqlarının ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib: “Həmçinin, bələdiyyə xəritələri tərtib edilib, yay otlaqlarının geobotaniki xəritəsi hazırlanıb, o cümlədən torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb. Torpaqların relyefini, meyillilik dərəcəsini müəyyən etməyə imkan verən xəritələr də tərtib olunub. Ərazilərin əkinə yararlılığını öyrənməyə şərait yaradan münbitlik xəritələri hazırlanıb. Eyni zamanda belə işlər nəticəsində hansı torpaqların eroziyaya uğradığını müəyyən etməyə imkan verən xəritələr də tərtib edilib”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio