USD - 1.7 EUR - 1.9314 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək Lukaşenko: Dedim Serj, 5 rayonu Azərbaycana qaytar, dedi qaytarsam... Azərbaycanda “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
“ASAN xidmət”ə 22 milyon müraciət qeydə alınıb 

8 iyun 2018-ci il tarixində “ASAN xidmət”ə 22 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

ASAN Radioya Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu müraciətin sahibi Bakı şəhər sakini Nigar Balakişiyeva olub. O, 9-108 sifarişli Səyyar ASAN xidmətə müraciət edərək Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

22 milyonuncu müraciətin sahibi kimi Nigar Balakişiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Xidmətin sifarişi 9-108 nömrəli “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytı vasitəsi ilə mümkündür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio