Bu gün baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair geniş iclas keçirilib.
ASAN Radionun Azərtac-a istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişi”ndən irəli gələn öhdəliklər və bu öhdəliklərin yerinə yetirilməsi üzrə aidiyyəti dövlət qurumlarının qarşısında duran vəzifələr haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının yeni qanununun layihəsi barədə və idxalı əvəz edən rəqabətqabiliyyətli məhsul istehsalının təşviqi və dəstəklənməsi ilə bağlı verilmiş təkliflərə dair məsələlər daxil edilib.
Müzakirəyə çıxarılan məsələlər üzrə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənildikdən sonra hər üç mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda gündəlikdə duran məsələlərə dair müvafiq qərarlar qəbul edilib.
İclasa yekun vuran Novruz Məmmədov qarşıda duran vəzifələrin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!