21/11/2018 16:12

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9340 0.0258 0.3157


ASAN xəbər

Ziyafət Əsgərov: Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar qəbul etməyə çağırır


09.06.2018   12:13


Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar qəbul etməyə çağırır.

ASAN Radionun məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib.

Z.Əsgərov qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın torpaqları işğal edilib:

"Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatları ədalətli qərarların qəbul edilməsinə çağırır. Lakin hələ də lazımi addımlar atılmayıb".

O əmin olduğunu bildirib ki, Alyansın sammiti münaqişələrin beynəlxalq hüquq normaları əsasında nizamlanmasına xidmət edəcək:

"Araşdırmalar göstərir ki, beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsi universal xarakter daşıyır. Deputatlarımız beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir".




Xəbər lenti

21 Noyabr











ASAN Radio telefonunuzda
Facebook