USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yevlaxda “Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili”nə dair müşavirə keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verilən tapşırıqların icrası ilə əlaqədar olaraq Yevlax rayonunda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun, Nazirliyin və tabeli qurumlarının, Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, müvafiq pambıq şirkətlərinin nümayəndələri və pambıq istehsalçılarının iştirakı ilə “Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.

ASAN Radioya Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Yevlax şəhər icra başçısının müavini  cari ildə rayonda pambıq əkinlərinə hazırlıq, bu sahədə yerinə yetirilmiş işlər və görüləcək işlər barədə ətraflı məlumat verib. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və prespektivlər” mövzusunda çıxış edərək Nazirlik tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran hədəfləri qeyd edib.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin nümayəndəsi İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzələrlə çıxış ediblər.

“Yevlax Kənd Təsərrüfatı” MMC-nin, “MKT İK” MMC –nin və “Azərpambıq” MMC-nin nümayəndələrinin çıxışları dinlənilib. Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılaraq müvafiq tapşırıqlar verilib.

Daha sonra müşavirə iştirakçıları becərmə işləri ilə tanışlıq məqsədi ilə pambıq sahəsində olub, pambığın becərilməsi ilə bağlı fermerlərə müvafiq tövsiyələr verilib.  

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!