USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur

Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivləri bu il də peşə bayramını birgə qeyd ediblər.

Dənizçilərin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə “AXDG” QSC-nin sədri Rauf Vəliyev dənizçiləri peşə bayramı münasibəti ilə təbrik edib. Daha sonra son beş illik fəaliyyətlə bağlı hesabat verən Ruaf Vəliyev bu müddətdə aparılan islahatlardan, görülən işlərdən danışıb. Gəmiçiliyin rəhbərliyi bildirib ki, AXDG qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və Xəzərdənkənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, gəmiçilik sahəsində yüksəkixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədir. Bu istiqamətdə artıq xeyli iş görülüb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldığı gündən köklü islahatlar və struktur dəyişiklikləri aparılıb, maliyyə hesabatlarının hazırlanması üzrə beynəlxalq standartlara uyğun qaydada, Gəmiçilikdə SAP sisteminin modulları tətbiq edilib, Mərkəzi Dispetçer Sistemi, Elektron Təchizat Sistemi, Vahid korporativ kompyuter şəbəkəsi yaradılıb. Eyni zamanda, gəmilərin sahillə rabitəsinin optimallaşdırılması üçün tədbirlər görülüb, gəmilərdə elektron xəritələr tətbiq olunub.

R. Vəliyev Gəmiçilikdə Gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, Xəzərdənkənar fəaliyyətin bərpası və donanmaların yenilənməsindən danışıb. Bildirib ki, son beş ildə AXDG-nin donanmasına 20-dən çox gəmi daxil edilib. Onlar həm ticarət gəmiləri, həm də neft-qaz layihələrində iştirak edən müasir tipli gəmilərdir. Xəzərdən kənarda fəaliyyətin bərpasına toxunan Rauf Vəliyev bu sahədə də nəzərəçarpacaq addımların atıldığını vurğulayıb. Qeyd edib ki, sözügedən beş il müddətində Gəmiçiliyin Qara və Aralıq dənizi regionunda 13 gəmisi istismara verilib.

Bu istiqamətdə genişmiqyaslı layihələrin bundan sonra da davam edəcəyini deyən QSC sədri əlavə edib ki,  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilk növbədə dəniz nəqliyyatına dövlətimizin dəstəyinə, xüsusilə də Prezident İlham Əliyevin daimi diqqətinə güvənir.

Dənizçiləri bayram münasibətilə təbrik edən Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bildirib ki, Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

SSRİ dağıldığı zaman bir çox ölkələrin donanmaları israf olunsa da, Azərbaycanda bu sahə məhz Heydər Əliyevin sayəsində qorunub saxlanılıb, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilib. Heydər Əliyevin uzaqgörən siyasətinin, dövlətçilik ideyalarının davamı olaraq genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatında da həyata keçirilməkdədir. Ümumiyyətlə hazırda Respublikada iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi, dəniz nəqliyyatı sahəsində təhlükəsizliyin artırılması və dəniz mühitinin qorunub saxlanması Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir.

Dövlət Dəniz Agentliyinin BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlarla birgə fəaliyyətinə toxunan Q. Qurbanov bildirib ki, respublikada iqtisadiyyatın dinamik inkişafı dəniz nəqliyyatı sahəsindən də yan keçməyib və bu sahəyə Prezidentin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq görülən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdə təhlükəsizliyin təmin olunması, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyaların tələblərinə ciddi riayət olunması təmin edilib.

Tədbir iştirakçılarını bir daha təbrik edən Q. Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dəniz nəqliyyatı sahəsinin daha da inkişaf etdirilməsi istiqamətində dənizçilərin fədakar əməklərini əsirgəməyəcəklərinə əminliyini ifadə edib.

Mərasimdə çıxış edən digər qonaqlar son illərdə dəniz nəqliyyatının inkişafında müşahidə edilən müsbət dəyişikliklərdən və tendensiyalardan danışıblar.

Milli Məclisin İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə çıxışında 160 illik tarixi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bu gün fəaliyyətini müasir standartlara cavab verən bir şirkət kimi davam etdirməsinin qürurverici olduğunu bildirib. Millət vəkili qeyd edib ki, Gəmiçilik Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verir.

Əməkdə fərqlənənlərə Dənizçi günü münasibəti ilə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanları təqdim olundu.

Həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı  Səhmdar  Cəmiyyətində 2017-ci  ilin yekunlarına görə,  “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı  mexanik”,  “Ən yaxşı elektrik mexaniki”,  “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı bosman”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərə diplomlar verilib.

Daha sonra dənizçilərə həsr olunan “Dənizçilər sağ olsun!” mahnısı ifa olundu. Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi mahnının sözlərinin müəllifi Zəminə Xınalı, bəstəkarı isə Faiq Sücəddinovdur.

Tədbirin sonunda “Dənizçi günü” peşə bayramı ilə əlaqədar Prezident İlham Əliyevə dəniz nəqliyyatı işçilərinin adından müraciət qəbul olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!