USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Polisi yaranmasının 100-cü ildönümünü qeyd edir

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 100 illik yubileyini qeyd edir.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin (DİN) kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Sonra DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanına gedərək “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, nazir müavinləri, aidiyyəti xidmət rəisləri, yerli icra, hüquq mühafizə orqanlarının rəhbərləri, Olimpiya Oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşları, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Nazir müavini, polis general-leytenantı İsmət Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib.

Ramil Usubov Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş şəxsi heyəti Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edib.

Mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təbriklərini mərasim iştirakçılarına çatdırıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edərək Azərbaycan Polisinin ötən 100 ildə keçdiyi inkişaf yolundan və əldə edilmiş nailiyyətlərdən danışıb. Ramil Usubov ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan edildiyini, vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanlarının bu peşə bayramını da böyük ruh yüksəkliyi və xidmətdə əldə etdiyi uğurlarla qarşıladığını diqqətə çatdırıb.

Çıxışlardan sonra şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Daha sonra polis patrul nəqliyyat vasitələri, atlı süvarilər və xüsusi texnikanın keçidi olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!